Kılıçdaroğludan istefa çağırışlarına reaksiya

CHP-nin dəyişikliyə yox, yenilənməyə ehtiyacı var.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu CHP sədri Kamal Kılıçdaroğlu ona ünvanlanan istefa çağırışlarına münasibət bildirərkən deyib.

“Biz sosial-demokrat partiyayıq. Qazi Mustafa Kamalın irəli sürdüyü bir xətt, bir hədəf var. Bunun nəyini dəyişəcəksiniz? Bizim məqsədimiz dəyişməz olaraq qalır”, – CHP lideri bildirib.