Ərdoğan parlamentə daxil olanda Kılıçdaroğlu görün nə etdi – VİDEO

Türkiyədə keçirilən parlament seçkiləri nəticəsində Milli Məclisdə təmsil olunmağa haqq qazanmış deputatların andiçmə mərasimi baş tutub.

Globalinfo.az xəbər verir ki, mərasimə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın parlamentə daxil olması ilə bağlı görüntülər müzakirələrə səbəb olub.

Belə ki, prezident zala daxil olarkən müxalifət partiyalarının üzvləri, hətta kəskin mövqeyi ilə seçilən Demokratiya və Yüksəliş Partiyasının sədri Əli Babacan belə ayağa qalxıb. Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu isə yerindən tərpənməyib.

Kılıçdaroğlunun bu addımı Türkiyə xalqının seçiminə hörmətsizlik kimi qiymətləndirilib və tənqid olunub.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi idi. Səsvermənin ikinci turunda o,  5%-dən çox səslə məğlub oldu.

Ayşən Mustafa
Globalinfo.az