Kılıçdaroğlu qaydanı pozdu

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyasının bu gün yerli vaxtla saat 18:00-da dayandırıldığı bildirilsə də, Kamal Kılıçdaroğlu 19:00-da bu qadağanı pozub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Belə ki, Kılıçdaroğlu “Ən çılğın layihəm demokratiyadır” başlığı ilə Tvitterdə video paylaşıb.

AKP-nin sədr müavini Həmzə Dağ bildirib ki, bu, açıq-aşkar qanunsuzluqdur:

“Bu qanunsuz münasibətə qarşı millətimiz lazımi cavabı verəcək”.