Kılıçdaroğlu bütün müşavirlərini işdən çıxardı

Türkiyə Cümhuriyyət Xalq Partiyasında (CHP) 4 iyun 2023-cü il tarixindən əvvəl baş məsləhətçi və məsləhətçi vəzifələrinə təyin olunmuş bütün şəxslər vəzifəsindən azad ediliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə CHP sədri Kamal Kılıçdaroğlu əmr imzalayıb.

“Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu tərəfindən 4 iyun 2023-cü il tarixindən əvvəl müşavir və baş müşavir kimi təyin edilmiş bütün şəxslərin səlahiyyətlərinə 14 iyun 2023-cü il tarixindən xitam verilib”.