“Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir” – Çavuşoğlu

“CHP lideri Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir”.

Globalinfo.az “Qafqazinfo”ya  istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu qatıldığı tədbirlərin birində bildirib.

“Kılıçdaroğlu ortaya çıxardığı xəritələrdə və layihələrdə Azərbaycanı saymayıb. Bununla da turizmi kölgə altına alan, vətəndaşlarımızı narahat edən açıqlamalar edib”, – deyə Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, Kılıçdaroğlu “Həyatımın layihəsi” adlandırdığı nəqliyyat layihəsində Azərbaycanı xaric edib.