Keşiş Qalstanyan Ermənistanın yeni baş naziri ola bilər – Çalabyan

“Baqrat Qalstanyan baş nazir postuna ən yaxşı namizəd ola bilər. Ancaq Konstitusiya belə bir məsələnin reallaşmasına imkan vermir”.

Globalinfo.az xəbər verir ki, bunu “Ayakve” təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.

O bildirib ki, yeni hökumət seçkilərlə formalaşır. Lakin bu hökuməti inamsızlıqla dəyişmək ən düzgün yoldur.

“Bu prosesin konstitusiyaya uyğunlaşması üçün bir sıra ilkin şərtlər yerinə yetirilməlidir. Parlamentdə yeni çoxluq yaradılmalıdır. Mövcud hökumət buraxılmalı, ən azı 6 ay müddətinə yeni müvəqqəti struktur yaradılmalıdır. Çoxluq hazırkı Milli Assambleyada formalaşacaq”, – deyə Çalabyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az