Həmçinin oxuyun:

İrəvanda görünməmiş çaxnaşma: ciddi siqnallar gəlir – Paşinyan devrilir?

baqratt 1

İrəvan Məhkəməsi “Müqəddəs Mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarlarına qarşı həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti nəzərdən keçirir.

Globalinfo.az “News.am”a istinadla xəbər verir ki, vəsatət hakim Masis Melkonyan tərəfindən imzalanıb.

Daha əvvəl məhkəməyə ümumilikdə 16 nəfərin həbsi ilə bağlı vəsatətlərin təqdim edildiyi bildirilmişdi.

Bu gün səhər tezdən hüquq-mühafizə orqanları “Müqəddəs Mübarizə” hərəkatının tərəfdarlarının evlərində axtarışlara başlayıb. Axtarışlar arxiyepiskop Baqrat Qalstanyanın iqamətgahında da aparılıb və daha sonra o, saxlanılıb.

Bundan əlavə, Ermənistanın “Daşnaksütyun” partiyası açıqlama yayaraq səhər saatlarında partiyanın Ermənistan üzrə Ali Orqanının üzvü İqor Sarqsyanın, Abovyan komitəsinin üzvü Vardan Avagyanın, Razdan komitəsinin üzvü Artaşes Unanyanın və Noyemberyan komitəsinin üzvü Varazdat Amiragyanın evlərində də qanunsuz axtarışların aparıldığını bildirib.

Həmçinin, “Dirçələn Ermənistan” partiyasının sədri Vağe Akopyanın evində də axtarış aparılıb və onun həyat yoldaşı saxlanılıb.

Ermənistan İstintaq Komitəsi isə bəyanat yayaraq “Müqəddəs Mübarizə”nin təşkilatçı və iştirakçılarının ölkədə terror aktları törətməyi planlaşdırdıqlarını iddia edib. Komitənin məlumatına görə, bu planlarda keçmiş polis və hərbçilər də iştirak edib. Rəsmi açıqlamada bir sıra audioyazılar da yayımlanıb.

***

Baqratla birgə saxlanılanlar arasında keçmiş separatçı rejimin “deputatı” David Qalstyan, ehtiyatda olan polkovnik Miqran Maxsudyan, “Daşnaksütyun” Partiyası Ali Orqanının üzvü İqor Sarqsyan, adamı Tiqran Qalstyan, aktivist Ara Rostomyandır. Saxlanılanlar arasında həmçinin diakonlar Qrayr və Movses də var.

***12:26

“Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan maskalı şəxslər tərəfindən saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qeyd edək ki, Baqrat Qalstanyan hakimiyyəti ələ keçirmək məqsədilə terror aktları hazırlamaqda ittiham olunur.

Paylaş: