hemas

İsrail kəşfiyyatı və Cənub Komandanlığının yüksək vəzifəli rəsmiləri HƏMAS-ın yeni müharibəyə hazırlaşması barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamirə xəbərdarlıq ediblər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Kan Nyus” qəzetinin məlumatında deyilir.

Rəsmilər HƏMAS-ın aylıq yüzlərlə partlayıcı qurğu və tank əleyhinə raket istehsal etdiyini, 18-22 yaş arası döyüşçüləri cəlb etdiyini, Nuqba fraksiyasından döyüşçülərə təlim keçdiyini, Sinaydan dron və rabitə avadanlıqları qaçaqmalçılığa cəhd etdiyini və Qəzza zolağı boyunca yeraltı infrastrukturu yenidən qurduğunu bildiriblər.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, HƏMAS yerlərdə güclü mövqelərə malikdir, heç bir təhlükə ilə üzləşmir və Qəzza zolağında hakimiyyətdən imtina etmək istəmir.

Paylaş: