Türk kəşfiyyatçı antiterror əməliyyatı haqda: Onlar haradadır?! – VİDEO

“Tarix belədir. Qarabağdan ayaqyalın gedənlərin övladları bu gün hərbi formada geri qayıtdılar”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) sabiq əməkdaşı, kəşfiyyat mütəxəssisi Əli Burak Darıcılı deyib.

O, sosial şəbəkə hesabında 1990-cı illərdə Qarabağdakı vəziyyətlə bağlı görüntülər paylaşaraq azərbaycanlılara qarşı soyqırım törədən ermənilərin aqibətindən söz açıb:

“Maraqlıdır, Birinci Qarabağ müharibəsində Azərbaycan türklərini Qarabağdan çıxarıb, gülən bu radikal ermənilər indi hansı vəziyyətdədirlər və nə düşünürlər? Onlardan biri – Monte Melkonyan zamanında zərərsizləşdirildi. Bu terrorçu 1980-ci ildə Afinada diplomat Qalip Özmen və onun doqquz yaşlı qızı Neslihanı vəhşicəsinə qətlə yetirmişdi. Daha sonra Akop Akopyana qarşı çıxdı və ASALA terror təşkilatında ayrıca fraksiya yaratdı. Sonradan Akopyan da naməlum şəxslər tərəfindən zərərsizləşdirildi. Beləliklə heç kimin qanı yerdə qalmır”.

Image

Ayşən Mustafa
Globalinfo.az