1772380263 1646222743 xamenei 1

İranın sabiq Ali rəhbəri Əli Xamenei ilə vida mərasimi keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə dəfn mərasiminin təşkili üzrə məsul qurumun sözçüsü İman Əttarzadə məlumat yayıb.

O bildirib ki, vida mərasimi iyulun 4-də Tehrandakı Mosalla kompleksində başlayacaq, cənazə isə iyulun 8-də İraqa yola salınacaq.

Vida mərasim həmçinin Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək.

Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq iyulun 9-da Məşhəddə dəfn ediləcək.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: