Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Globalinfo.az xəbər verir ki, “Kəpəz” Gəncə şəhər stadionunda “Turan Tovuz”u qəbul edib. Görüş meydan sahibi komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 47-ci dəqiqədə Viktor Stinya vurub.
Günün digər matçında isə “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 20:15-də başlayacaq.
Qeyd edək ki, turun ilk oyunlarında “Qəbələ” “Şamaxı” ilə qolsuz (0:0) heç-heçə edib, “İmişli” isə “Şəfa”ya 1:0 hesabı ilə qalib gəlib. Tura avqustun 31-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.