
Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Globalinfo.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Sumqayıt” doğma meydanda “Kəpəz”i qəbul edib.
Mehdi Hüseynzadə adına stadionda Gəncə təmsilçisi gözlənilmədən ikinci pillədəki rəqibini 3:1 hesabı ilə məğlub edib. Qonaqların heyətində 20-ci dəqiqədə Vüsal Məsimov, 62-ci dəqiqədə Mate Kvirkviya, 90+5-ci dəqiqədə isə Rüfət Əhmədov fərqlənib. “Gənclik şəhəri” təmsilçisinin təsəlli qoluna 80-ci dəqiqədə İsa Suliman imza atıb.
Bu nəticədən sonra Sumqayıt təmsilçisi 36 xalla 2-ci, “Kəpəz” isə 26 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları martın 2-də və 3-də keçiriləcək.