“Kəpəz” portuqaliya müdafiəçi ilə müqavilə imzaladı

“Kəpəz” heyətinə daha bir futbolçu qatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.

Portuqaliyalı Pedro Qomes bölgə klubuna transfer olunub.

Mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 22 yaşlı oyunçunun son klubu “Boavişta” olub.