Kəndlərin qaytarılması haqda nə danışılıb? – Ermənistan XİN-dən cavab

“Avropa Birliyi Şurasının Prezidentinin əsas mesajı Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı idi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan deyib.

“Söhbət SSRİ-nin çöküşü zamanı “Alma-Ata Bəyannaməsi”nə müvafiq olan sərhədlərdən gedir. Digər tərəfdən, aydın idi ki, görüş konkret addımlarla proqresin əldə olunmasına hədəflənmişdi”, – o bildirib.

Ovanisyan üçtərəfli görüşdə Azərbaycanın eksklavları məsələsinin müzakirə edilib-edilmədiyindən xəbərsiz olduğunu qeyd edib.

İlkin Həsənov
Globalinfo.az