h6DjVjIh8mPKo4eKASLYpY4RGITVg4nBAu4s5Phv 1200 7

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən texnikaların maliyyələşdirilməsi qaydalarında güzəşt məbləğinin texnikanın istehsal ilinə görə fərqləndirilməsi yönündə şərtlər müəyyən edilməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət Auditi” bülleteninin 2026-cı il üzrə birinci nömrəsində qeyd olunub.

Bildirilib ki, bu səbəbdən istehsal ili 2 ilədək və 2 ildən artıq köhnə texnikalara eyni qaydada güzəşt tətbiq olunub. Nəticədə 26 təchizatçı üzrə 294 halda 2 ildən köhnə texnikalara 1,5 milyon manat güzəşt verilib. Bu isə dövlət vəsaitindən tam səmərəli istifadə olunmadığını göstərir.

Bundan əlavə, 2020-ci ildə təsərrüfat subyektinə güzəştlə satılmış texnika 3 ildən sonra başqa şəxsə yenidən güzəştlə satılıb. Bu hal dövlət büdcəsindən 6,8 min manat artıq xərc kimi qiymətləndirilib.

Həmçinin 122 halda texnikalar elektron qaimə-faktura olmadan təqdim edilib, amma buna baxmayaraq 6 təchizatçıya texnika dəyərinin 40%-i həcmində ümumilikdə 691,3 min manat güzəşt ödənilib. Bu isə inzibatçılığın düzgün təşkil edilməməsi səbəbindən dövlət dəstəyinin effektivliyini qiymətləndirməyi çətinləşdirdiyini göstərir.

Paylaş: