Kənd imamı ürək tutmasından öldü

Zaqatalada imam qəfil dünyasını dəyişib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kəndinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Tibbi yardıma baxmayaraq Elşən Musayevin həyatı xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.