
***21.03.2025 14:23
Martın 19-da Xəzər Universitetində Novruz bayramı münasibətilə keçirilən tədbirdə çəkilən görüntülər sosial şəbəkələrdə gündəm olub.
Globalinfo.az xəbər verir ki, tələbələrin müğənni Kəmalə Günəşlinin ifa etdiyi mahnıya rəqs etmələri birmənalı qarşılanmayıb.
Bir çoxları bu cür bayağı nümunənin ali təhsil ocağına yaraşmadığını, universitetlərdə belə mahnıların təbliğinin yanlış olduğunu bildirib.
Adətən, tələbələr Kəmalə Günəşlinin mahnısına oynayanda çox tənqid edilir, həm də buna universitet şərait yaratmamalıdı deyilir. Başqa bir qrup da bildirir ki, toylarda da həmin ifa səslənir, normal haldır. Tələbələri buna görə qınamaq olarmı?
Globalinfo.az baş verənlərlə bağlı Xəzər Universiteti ilə əlaqə saxlayıb.
Sualımızı cavablandıran Xəzər Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Əlövsət Əmirbəyli görüntülərin bu cür təqdim olunmasını onlara qarşı xoşagəlməz siyasət adlandırıb.
Onun sözlərinə görə, şənlikdə onlarla xalq musiqisi ifa olunub.

Əlövsət Əmirbəyli
Daha ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az