kelloq

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə şəxsi münasibətlərinin pisləşə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Globalinfo.az xəbər verir ki, Bu barədə onun Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq “Fox News” telekanalına müsahibəsində danışıb.

“Düşünürəm ki, Trampın dediyi “od” – onun şəxsi münasibətləridir. Prezident Tramp şəxsi münasibətlərə böyük önəm verir və bu, onun qərarlarında özünü göstərir”, – deyə Kelloq bildirib.

Onun sözlərinə görə, bəzən liderlər tam informasiya olmadan qərarlar verməli olurlar və Trampın instinktləri bu kimi hallarda çox uğurlu olub.

“Trampla şəxsi münasibətləri pozmaq lazım deyil. Əgər bu münasibətlər qurula bilsə, onunla daha çox irəliləmək mümkündür”, – Kelloq bildirib.

O, əlavə edib ki, Moskvanın Trampla konstruktiv şəxsi münasibətləri pozması böyük səhv olar.

Xatırladaq ki, daha əvvəl Tramp “Truth Social” platformasında Rusiyanın Ukrayna ilə bağlı vəziyyətdə “odla oynadığını” bəyan etmişdi. Bu fikrə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev sərt reaksiya verərək bildirmişdi ki, əsl təhlükəli məsələ Üçüncü Dünya müharibəsidir və ABŞ Prezidenti bunu anlamalıdır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: