Tramp 29 il əvvəlki olaya görə təzminat ödəməlidir

ABŞ-ın keçmiş prezidenti Donald Tramp jurnalist Elizabet Jean Kerrolla qarşı zorlama cəhdində təqsirli bilinib. 

Globalinfo.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, məhkəmə Trampdan Kerrolla 5 milyon dollar təzminat ödəməsini tələb edir. Həmin məbləğin 2 milyonu cinsi təcavüzə, 3 milyonu isə böhtana görə tələb olunub.

Jurnalist bildirib ki, 29 il əvvəl, 1996-cı ildə ABŞ-ın keçmiş prezidenti onu mağazanın soyunub-geyinmə otağına aparıb və orada zorakılıq hərəkətləri edib.

Tramp özü isə Kerrolla heç vaxt görüşmədiyini, bunu ona qarşı ittiham, “siyasi təqib” və “rüsvayçılıq” adlandırıb.

Zaira Akifqızı
Globalinfo.az