anar memmedov ziya

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla bağlı yeni məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, jurnalist-bloqer Cavanşir Həsənli Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olduğunu bildirib.

Cavanşir Həsənli həmçinin Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət “KFC franchise” şəbəkəsini də aldığını açıqlayıb.

Bundan əlavə C.Həsənli Anar Məmmədovun Londonda elit restoranının da olduğunu qeyd edib. “ Londonda elit restoran Anar Məmmədova 4 milyon funt sterlinqə (8.4 milyon manat) başa gəlib”, – deyə bloqer əlavə edib.

O, mövzu ilə bağlı sənədlərin fotolarını da yayıb.

Qeyd edək ki, 2018-ci ildə mətbuatda Anar Məmmədovun İngiltərəyə etdiyi yatırımlar qarşılığında bu ölkənin vətəndaşlığını alması barədə məlumatlar yayılmışdı.

320385978 1285000305424794 6232696193177348043 n
321580347 1863201084030005 880702958167818708 n
321635491 628199789106729 4234176962084388951 n
321742329 1135542250660007 5450120983691622453 n
321771925 693455768981211 5384494672778975363 n
321893954 8477862205621550 6385560281180584539 n
322007031 468345968819412 6997993570708572832 n

Paylaş: