Sərkisyan 2016-cı ildə Qarabağı həll edəcəkdi, o imkan vermədi – Köçəryan sirləri açdı

“Bütün keçmiş liderlərin Qarabağ problemini həll etmək imkanı var idi”.

Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Andranik Köçəryan deyib.

“1994-cü il atəşkəsindən sonra 2020-ci ilə qədər biz Qarabağ problemini danışıqlar yolu ilə həll etməli idik. Hətta müxtəlif ssenarilər də var idi. Amma keçmiş hökumət rəhbərləri heç bir ssenarini seçmədi. Hərçənd bütün keçmiş rəhbərlərin bu məsələni həll etmək imkanı var idi. Məsələn, 2016-cı ildə Serj Sərkisyanın məsələni həll etmək imkanı olub, lakin “artsax” elitası (keçmiş qondarma rejimin o zamankı başçısı Bako Saakyan və digər separatçılar – red.) bununla razılaşmayıb. Biz onilliklərdir ki, xalqımıza qarşı dürüst olmamışıq. İlk dəfədir ki, hakimiyyət Ermənistanın sərhədini dəqiqləşdirmək istədiyini və bu sərhədin toxunulmaz olduğunu deyir”, – Köçəryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az