Keçmiş kəşfiyyatçı sirləri açır: O ölkə yadplanetlilərin gəmilərini…

ABŞ ordusunun veteranı, Geokosmik Kəşfiyyat üzrə Milli Agentliyin keçmiş əməkdaşı Devid Qraş ölkəsinin gizli proqram çərçivəsində qeyri-yer mənşəli kosmik gəmilərə sahib olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “NewsNation” nəşri məlumat yayıb.

D.Qraş qeyd edib ki, Vaşinqtonun sərəncamında dünyada hazırlanmamış ekzotik mənşəli texniki nəqliyyat vasitələri ola bilər. Bunlar ya daha əvvəl planetə eniş etmiş, ya da qəza uğramış vasitələrdir. Bu nəqliyyat vasitələrini “kosmik gəmilər” adlandırmaq olar.

Keçmiş kəşfiyyatçı iddia edir ki, ona hakimiyyətin bir sıra sirləri agah olub. O bildirib ki, ABŞ hökuməti onilliklər ərzində həmin gəmilərin bərpası üzərində çalışıb. Ancaq kəşfiyyatçı milli təhlükəsizlik səbəbilə heç bir sübut təqdim edə bilməyəcəyini də vurğulayıb.

Tahir Turan
Globalinfo.az