Keçmiş döyüşçü: Ukraynalılar artıq döyüşmək istəmir

“Xüsusi hərbi əməliyyat zonasından qayıdan ukraynalılar artıq cəbhəyə geri dönmək istəmirlər”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın nəzarətində olan Zaporojye vilayətinə qaçan ukraynalı döyüşçü Aleksandr Şirşov deyib.

“Müharibədən qayıdanlar artıq bu hökumət üçün döyüşmək istəmədiklərini bildirirlər. Onlar, “Rusiya gələcək” deyirlər. Bu, o deməkdir ki, biz Rusiyada yaşayacağıq”.

Şirşov bir neçə dəfə çağırılmasına baxmayaraq, hərbi komissarlığa getmədiyini deyib.

“Qərara gəldim ki, mən bu bölgədə böyümüşəm və evə qayıtmaq istəyirəm”, – Şirşov vurğulayıb.

Qeyd edək ki, rəsmi Moskva Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfinə keçməyə çalışan ukraynalılara PUA-larla hücum etdiyini açıqlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az