Keçmiş deputatlığa namizəd həbs edildi – FOTO

Deputatlığa keçmiş namizəd Fərid Süleymanov həbs edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, 1981-ci il təvəllüdlü F.Süleymanov bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Süleymanova 30 sutka həbs cəzası verilib.

Qeyd edək ki, Fərid Süleymanov 2020-ci ildə Milli Məclisə seçkilər zamanı deputatlığa namizəd olub. O, eyni zamanda sosial şəbəkələrdə “gördüm, göstərdim” səhifələrini idarə edərək blogerlik fəaliyyəti göstərib, sözügedən səhifələrdə yol-hərəkət qaydaları ilə bağlı müşahidə etdiyi xoşagəlməz halları paylaşıb.