ko

Gürcüstanın keçmiş baş nazirinin evində axtarışlar başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın baş prokuroru Giorgi Qvarakidze brifinqdə deyib.

Məlumata görə, sabiq baş nazir İrakli Qaribaşvili, Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Qriqol Liluaşvili, keçmiş baş prokuror Otar Partsxaladze və daha 8 nəfərin evində axtarış aparılıb.

Baş prokurorun sözlərinə görə, axtarışlar zamanı elektron cihazlar, sənədlər, külli miqdarda nağd pul götürülüb.

“Müxtəlif cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində Baş Prokurorluğun İstintaq İdarəsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Dövlət Təhlükəsizliyi İdarəsi tərəfindən eyni vaxtda respublikanın 22 məntəqəsində genişmiqyaslı əməliyyat tədbiri keçirilib”, – baş prokuror vurğulayıb.

Xatırladaq ki, İrakli Qaribaşvili 2013-2015-ci illərdə və 2021-2024-cü illərdə Gürcüstanın baş naziri olub. Onu 2024-cü ildə İrakli Kobaxidze əvəzləyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: