Kaxovka fəlakətinin arxasındakı qüvvə bəllidir – Politoloq

“Kaxovka SES-in​ bəndinin dağıdılması istər dünya, istərsə də Azərabaycanın kütləvi informasiya vasitələrində ciddi müzakirə olunur. Rusiya tərəfi bu hadisədə Ukraynanı, Ukrayna isə Rusiyanı ittiham edir. Bir sözlə, hər iki tərəf qarşılıqlı ittifamlarla çıxış edir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib.

O, Kaxovkada bəndin dağıdılmasını ekoloji baxımdan böyük fəlakət adlandırıb:

“Ümumilikdə isə Rusiya-Ukrayna münaqişəsi bəşəri baxımdan daha ağırlı faciədir. Bu münaqişəni yaradan ABŞ başda olmaqla​ Qərb koalisiyasıdır. Münaqişə tezliklə dayandırılmasa, bəşəriyyət bundan da böyük fəlakətlə üzləşəcək. Kaxovka SES-in bəndinin dağıdılması kimin maraqlarına uyğun gəlir?​ Bu sualı analiz etsək,​ hadisənin​ də kim​ tərəfindən​ törədildiyini çözə bilərik”.

Onun sözlərinə görə, Ukrayna tərəfi rusları ittiham edir ki, Kaxovka SES-in bəndinin dağıdılmasını bilərəkdən rus hərbçiləri edib:

– Birincisi, bildiyiniz kimi,​ Krım yarımadasının su təchizatı Kaxovka SES-in bəndi vasitəsilə təmin edilirdi. Bu bəndin dağıdılması Krımın su təchizatında böyük çətinliklər yaradacaq.

– İkincisi, Zaparoje Atom Elektrik Stansiyası Rusiyanın mülkiyyəti elan edilib. Bu AES-in soyutma sistemi Kaxovka SES-in bəndi vastəsilə həyata keçirilirdi. Ekspertlər qeyd edir ki, Kaxovka SES-in bəndinin dağılması dolayısı olaraq​ AES-ə təhlükə yaradır.

– Üçüncüsü, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı belə bir məlumat yayıb ki,​ Kaxovka SES-in bəndinin dağılması nəticəsində Rusiyanın 7-ci Hava Desant Diviziyası və 22-ci ordu korpusunun bölmələrində yaralananlar, ölənlər və itkin düşənlər var. Həmçinin bu bölmələrdə döyüş sursatı və ləvazimatları olan bir neçə səhra anbarı, maşın və zirehli texnika itirilib.

– Dördüncüsü, Rusiya Xerson​ vilayətində daimi qalmaq istəyir,​ Kaxovka SES isə bölgə üçün strateji obyekt idi, yəni bölgəni enerji ilə təmin edirdi.

– Beşincisi, məgər Ukrayna ordusunun Kaxovka SES-i geri almaq​ imkanları var idi ki, ruslar oranı partlatsın? Yuxarıda qeyd etdiyim ​və deyilməyən faktlar bir daha onu deməyə əsas verir ki, Kaxovkadakı su bəndin dağıdılması rusların marağına uyğun deyil. Ukrayna tərəfinin bir arqumenti​ var: guya Kaxovka SES-in bəndinin dağıdılması​ Ukraynanın əks-hücum əməliyyatının qarşısını almaq üçün edilib.

Sual doğur, Rusiya-Ukrayna cəbhəsində təmas xətti min kilometrlərlədir, məgər Ukrayna ordusu yalnız Kaxovka SES-in bəndi istiqamətindən hücum edəcəkdi ki, bənd dağıdılsın?!”​

A.Məsiyev deyib ki, rus ordusu kifayət qədər hərbi resuslara, Ukrayna ordusunun əks hücumunun qarşısını ala biləcək imkanlara malikdir:

“Rusiya-Ukrayna münaqişəsinin​ uzanması ABŞ-ın maraqlarına uyğun olduğu üçün münaqişə daha​ da qızışdırılır. Kaxovka SES-in bəndi dağıdılması münaqişənin daha da qızışdırılmasına xidmət edir ki, bu da ABŞ-ın maraqlarına uyğun gəlir. Bu münaqişənin​ tezliklə dayandırılması real görünmür. Ona görə də hadisələrin gərginləşməsi daha böyük fəlakətlərin baş verməsindən xəbər verir”. ​ ​ ​

Zaira Akifqızı
Globalinfo.az ​ ​ ​ ​ ​ ​