İsrailinb müdafiə naziri İsrail Katz İranın ali rəhbəri Seyid Əli Ayətullah Xameneini hədələyib.
Globalinfo.az xəbər verir ki, o, bununla bağlı “X” hesabındakı paylaşımında bildirib.
Katz Xameneinin İranın İsrailə hücumlarına görə cavab verməli olduğunu söyləyib:
“Qorxan İran diktatoru möhkəmləndirilmiş bunkerdə otururaq İsraildə xəstəxanalara və yaşayış binalarına atəş açır. Bunlar ən ağır hərbi cinayətlərdir və Xamenei cavab verməlidir. Baş nazir Benyamin Netanyahu ilə mən İsrail dövlətinə qarşı təhdidləri aradan qaldırmaq və ayətullahların rejimini sarsıtmaq üçün İrandakı strateji hədəflərə və Tehrandakı hökumət hədəflərinə qarşı hücumların intensivliyini artırmağı tapşırmışıq”.
Əliyar Xəlil
Globalinfo.az