1749843956 2157379010 900x600 1

İsrailin müdafiə naziri İsrael Katz BMT-nin Livandakı xüsusi nümayəndəsi Janin Hennis-Plasshart ilə görüşü zamanı sərt açıqlamalar verib.

Globalinfo.az-ın xəbərinə görə, nazir bildirib ki, “Hizbullah”ın baş katibi Naim Qasım “odla oynayır”, Livan prezidenti Cozef Aun isə ölkənin gələcəyini təhlükə altına qoyur.

Onun sözlərinə görə, İsrail atəşkəs rejimi ilə paralel hücumların davam etdiyi bir vəziyyətlə razılaşmayacaq:

“Atəşkəslə paralel olaraq, qüvvələrimizə və Qalileyadakı yaşayış məntəqələrimizə atəş açılmasını qəbul etməyəcəyik. Naim Qasım “odla oynayır” və bu, həm “Hizbullah”ı, həm də bütün Livanı yandıracaq. Əgər Livan hökuməti “Hizbullah”ı qorumaqda davam etsə, bu alov Livanın sidr ağaclarına qədər yayılacaq”, – Katz vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: