“Putinlə həmin söhbət yayılsa, oranı partladacağam…” – TƏHDİD

Rusiya Prezidenti Vladimir Putinlə müsahibəsi bütün dünyada müzakirələrə səbəb olan amerikalı jurnalist Taker Karlson Moskvada təhdidlərə məruz qalıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, T.Karlsonun müsahibəni yayımlayacağı gün naməlum şəxs polisə zəng edib. O, Karlsonun həbs olunmasını tələb edib, əks halda onun Moskvada qaldığı hoteli partladacağını deyib.

Rusiya hüquq-mühafizə orqanları amerikalı jurnalist Taker Karlsonla bağlı anonim təhdidlərdən sonra onun qaldığı “Four Seasons Moscow” otelində axtarış aparıb, lakin şübhəli əşya tapılmayıb.

Məlumata görə, polisə zəng edən şəxs T.Karlsonun artıq ölkəni tərk etdiyindən xəbərsiz olub.

Ayşən Mustafa
Globalinfo.az