Sabiq nazir Rusiyaya köçdü – Özünə ev tikəcək

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçdüyünü bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Knaysl Rusiya mətbuatına açıqlamasında deyib.

“Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir”, – Knaysl Ümumdünya Gənclər Festivalında bildirib.

Keçmiş nazir əlavə edib ki, Rusiyanın şərqində qalmaq üçün ev tikməyə hazırlaşır. Knaysl şəhər sakini olmadığını etiraf edib.

2023-cü ilin sentyabrında Avstriyanın keçmiş xarici işlər naziri Şərq İqtisadi Forumu çərçivəsində G.O.R.K.I mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırdığını söyləmişdi. O, bu mərkəzin təsisçisi və direktorudur.