Karen Donfrid istefa verir

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi xanım Karen Donfrid vəzifəsini tərk edir.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi bildirib.

Donfridin şəxsi həyatına daha çox vaxt ayırmaq üçün martın sonunda vəzifəsini tərk edəcəyi gözlənilir. Hazırda onun istefasından sonra bu vəzifəyə kimin keçəcəyi ilə bağlı qərar qəbul edilməyib.