mertz

“İsrailin rəhbərliyi və ordusu yalnız hörmətə layiqdir”.

Globalinfo.az xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Mertz deyib.

“Onlar İranla münaqişə vasitəsilə Qərb üçün “çirkli işi” həll edir. Yalnız onu deyə bilərəm ki, İsrail ordusunun cəsarətinə böyük hörmətim var. Əks halda, biz İran rejiminin terroruçu davranışlarını, hətta əllərində nüvə silahı görə bilərdik”, – o bildirib.

Kanslerin bu fikirləri dünya mediasında diqqət çəkib. Onun çıxışı “dürüst” adlandırılıb.

Qeyd edək ki, İsrail və İran arasında münaqişənin kəskin mərhələsi 5 gündür, tərəflərin raket zərbələri mübadiləsi ilə davam edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: