Kansler Putinlə danışmaq istəyir

Almaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır.

Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə o, Nürnberqdəki çıxışında bildirib.

“Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram”, – Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şoltü arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox”.