Kanadanın Britaniya Kolumbiyası əyalətində insanda H5 quş qripinə ilk yoluxma halı qeydə alınıb.
Globalinfo.az “Report”a istinadən bildirir ki, xəstənin infeksiya mənbəyi və mümkün təmasları araşdırılır. Kanada rəsmiləri gəncin çox güman ki, xəstə quş və ya heyvanla təmasda olduğunu deyirlər.
Quş qripi ən çox vəhşi və ev quşlarını təsir edir. Bu yaxınlarda xəstəlik məməlilərdə də aşkar edilib. 2024-cü ildə ABŞ-da mal-qara arasında xəstəlik epidemiyası baş verib.
Alimlər deyirlər ki, insanlar nadir hallarda yoluxsa da, quş qripinə qarşı həssas növlərin sayının artması narahatlıq doğurur. Patogenin ötürülməsi daşıyıcı və ya çirklənmiş mühitlə sıx təmasda mümkündür.