63d2bb3994eec63d2bb3994eed167475487363d2bb3994ee863d2bb3994eea

Kanada hökuməti Kanada Müdafiə Nazirliyinin balansında olan dörd “Leopard 2” tankını Ukraynaya təhvil verəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Kanadanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu gün mən Kanadanın yaxın həftələrdə Ukraynaya dörd “Leopard 2” tankı tədarük edəcəyini elan edirəm. Ukrayna hərbçilərinə təlim keçmək üçün kanadalı təlimçilər də cəlb ediləcək”, – deyə Kanadanın milli müdafiə naziri Anita Anand deyib.

Paylaş: