“Azərbaycan Yüksəliş Partiyasına (AYP) sədr müavini seçilməyim xəbəri doğrudur”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında tanınmış telejurnalist, ictimai-siyasi xadim Kamran Həsənli AYP-yə sədr müavini seçilməsi haqda danışarkən deyib.
O, daha əvvəl adı çəkilən partiyaya üzv olmadığını bildirib:
“Demək olar ki, qərar anidən verildi. Orada gənclərlə, yeniyetmələrlə görüş keçirilirdi və bu mənə maraqlı gəldi, bəyəndim. Ona görə də müavin olmağa razılıq verdim. Hələ ki, planım yoxdur, amma gənclərlə yenidən görüşməyi düşünürəm”.
Qeyd edək ki, tanınmış jurnalist Kamran Həsənli Azərbaycan Yüksəliş Partiyasının Başqanının Qafqaz ölkələri və xalqları ilə iş üzrə müavini təyin olunub.
Zaira Akifqızı
Globalinfo.az