Kamran Əliyev Naxçıvana prokurorlar təyin etdi

Naxçıvan şəhərinə prokuror təyin edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhər prokuroru vəzifəsini icra edən Qalib İsmayılov həmin vəzifəyə təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan şəhər prokuroru Elsevər Quliyev olub.

Bundan başqa Afət Kərimli Culfa rayon prokuroru və Kənan Seyidov isə ikinci səlahiyyət müddətinə Ordubad rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Kərimli buna təyinatadək Babək rayon prokurorunun müavini vəzifəsində işləyib.