Kamran Əliyev Gəncə şəhərində səfərdədir

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Gəncə şəhərində səfərdədir.

Globalinfo.az bildirir ki, “Report”un Qərb bürosunun məlumatına görə, baş prokuror Kamran Əliyev Gəncə şəhərində səfərdədir. O, Vətən Müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin olduğu əraziyə baş çəkəcək.

Qeyd edək ki, Kamran Əliyev bu gün Gəncə şəhər və Kəlbəcər, Samux, Göygöl rayon üzrə vətəndaşları qəbul edəcək.