Rusiyanın Kamçatka yarımadasında daha bir zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Seysmoloqların məlumatına görə, 5,3 bal gücündə olan yeraltı təkanların episentri 48,6 km dərinlikdə yerləşib.
Dağıntılar və ya xəsarət alanlar barədə məlumat verilməyib.
***
Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 54 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 474 km cənubda qeydə alınıb.