68fa820f7bb9d68fa820f7bb9e1761247759c7c3e78e3c9d26cc1158a8735d548eaa 15

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris 2028-ci ildə Ağ Evdəki yüksək vəzifəyə yenidən namizəd ola biləcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris BBC-yə deyib ki, o, yenidən ABŞ prezidentliyinə namizəd ola bilər”, – məlumatda deyilir.

Kamala Harris keçən il Donald Trampa uduzduqdan sonra 2028-ci il seçkilərində iştirak etməyi planlaşdırdığına eyham vurub. Harris ABŞ-nin ilk qadın prezidenti ola bilərmi sualına “Bəlkə də” cavabını verib. O, hələ son qərarını verməsə də, yenidən namizədliyini irəli sürmək fikrində olduğunu təsdiqləyib.

“Hələ işimi bitirməmişəm. Bütün karyeram xidmətlə bağlı olub. Bu, mənim qanımda var”, – Harris deyib.

Paylaş: