Rusiyanın Kalininqrad şəhərinin bir sıra küçələri güclü yağışdan sonra su altında qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.
Bildirilir ki, avtomobillər suyun altında qalıblar, insanlar isə yaranan böyük gölməçələr səbəbindən küçəyə çıxa bilmirlər.
Xilasedicilər yaranmış fövqəladə vəziyyətlə əlaqədar gücləndirilmiş iş rejimində çalışırlar.
Müşviq Tofiqoğlu
Globalinfo.az