Kalaşnikov: Bakı və İrəvan tezliklə razılaşacaq, Rusiya isə…

“Düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına bir addım qalıb”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib.

L.Kalaşnikov Ermənistan üçün ən yaxşı variantın sülh olduğunu bildirib:

“Sülh istiqamətində hadisələr düz xətt üzrə inkişaf edir. Bunun üçün əsas məsələ Azərbaycan, Ermənistan və Rusiyanın razılaşması idi. Mən ABŞ və Fransanın həmsədri olduğu Minsk qrupunun effektiv fəaliyyətinə heç vaxt inanmamışam.

Ermənistan indiki vəziyyətdən yararlanmalıdır. Azərbaycan və Türkiyə ilə qonşudur, başqa sərhədi yoxdur, hara qaçmağı düşünürlər ki?! O baxımdan sülh müqaviləsi İrəvan üçün müsbət irəliləyişdir. İqtisadiyyat üçün də dəhlizlərin və kommunikasiyaların açılması diqqətdə saxlanılmalıdır. Bu, Rusiyanın da xeyrinə olar, çünki iki ölkə üzərindən cənuba doğru dəhliz açıb, Gürcüstanla razılaşma əldə edə bilərik”.

Əliyar Xəlil
Globalinfo.az