Kahramanmaraş valisi generalımızla görüşdü – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar tədbirlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat məlumat verib.

Məlumata əsasən, bu çərçivədə, Türkiyə Respublikasının Kahramanmaraş rayonu valisi Ömər Faruk Coşqun fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Görüşdə zəlzədən ciddi ziyan çəkmiş Kahramanmaraş bölgəsində hazırki vəziyyət, atılacaq növbəti addımlar, o cümlədən FHN-in bölgədə zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar fəaliyyəti müzakirə olunub.

Ö.F.Coşqun FHN-in qüvvələrinin işini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib.