Kahramanmaraşda zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində zəlzələ olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 11:25-də baş verən yeraltı təkan 3,5 bal gücündə, 7 km dərinlikdə qeydə alınıb.