Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var

Kahramanmaraşda dağıntılar altında qalan Azərbaycan vətəndaşı var.

Globalinfo.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli deyib.

O bildirib ki, şəhərin mərkəzində və Elbistan deyilən rayonda iki nəfərin cəsədi tapılıb:

“Onların cənazəsi Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizə göndərilib. Hələ bir vətəndaşımız da dağıntılar altından çıxarılmayıb. Qızı ilə danışdım, Lida Qocayevə adlı qadındır. Ailə üzvləri də hazırda burdadır, onun axtarışları davam edir”.