Kahramanmaraşda Azərbaycan şəhəri salınacaq – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdədir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Teknofest” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Globalinfo.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”də çıxışı zamanı Azərbaycanın Kahramanmaraşda şəhərcik inşa edəcəyini deyib.

O qeyd edib ki, layihə çərçivəsində məktəb, məscid və digər tikililər də inşa ediləcək.