Kahramanmaraşda ağır texnikalar dağıntılarda işləməyə başladı – FOTO

Türkiyənin Kahramanmaraş şəhərində Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə əməliyyatları davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, xilasedicələrimiz şəhərin müxtəlif nöqtələrində hələ də axtarış işləri görür. Şəhərin digər istiqamətlərində artıq xilasetmə əməliyyatlarının dayandırıldığı müşahidə olunur.

Bəzi ölkələrin xilasediciləri Türkiyəni tərk edib. Şəhərdə ağır texnikalar dağıntılar altında qalan yaşayış binalarında işləməyə başlayıb.