Kadırovun üç oğluna ən yüksək orden verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu – Axmat, Eli və Adam yerli parlamentin ən yüksək “Daimehkan Siy” ordeni ilə təltif ediliblər.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, bu barədə respublikanın milli siyasət, rabitə, mətbuat və informasiya naziri Əhməd Dudayev məlumat verib.

Bu sərəncam Çeçenistan Respublikası Parlamentinin ən yüksək təşviq formasıdır. 1 may 2018-ci ildə yaradılıb. O, dövlət quruculuğu, hüquq-mühafizə orqanları, dövlət təhlükəsizliyi, hərbi işlər və digər sahələrdə yüksək nailiyyətlər göstərmiş vətəndaşlara verilir. Həmçinin Dudayev öz teleqram kanalında yazıb ki, mükafatı Çeçenistanın birinci prezidenti, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadrovun nəvələrinə respublika parlamentinin sədri Maqomed Daudov təqdim edib.

O, həmçinin Ramzan Kadırovun oğullarını “gənc nəsil üçün nümunə” adlandıraraq, onların çeçen xalqının əsl fəxri olduqlarını bildirib.

“Hamı onları cəsur gənclər kimi tanıyır”, – Dudayev əlavə edib.