Komada olduğu deyilən Kadırov üzə çıxdı, paylaşım etdi – VİDEO

Kadırov iddialara son qoydu: Görüntüləri yayıldı

Çeçenistan rəhbəri Ramzan Kadırov səhhəti ilə bağlı şayiələrə son qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə R.Kadırov videopaylaşım edib.

Belə ki, ağır vəziyyətdə olduğu iddia edilən Kadırov parkda gəzdiyi kadrları paylaşıb.

Bununla da o, barəsində yayılan şayiələrin əsassız olduğunu göstərib.

Qeyd edək ki, R.Kadırovun ağır vəziyyətdə olduğu, hətta komada olduğu iddia edilirdi.

***11:57

Ukrayna kəşfiyyatı Çeçenistan rəhbəri Ramzan Kadırovun ağır vəziyyətdə olduğunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov bildirib

Qeyd olunub ki, Kadırov komadadır.

“Məlumat tibb və siyasi dairələrdəki müxtəlif mənbələrdən təsdiqlənir. Söhbət yaralanmadan getmir. Digər detallar əlavə dəqiqləşdirmə tələb edir. O, çoxdan xəstədir və söhbət sağlamlıqla bağlı sistemli problemlərdən gedir. Ancaq son bir neçə gündür ağır vəziyyətdədir”, – deyə o bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az