kadirov

Çeçenistan rəhbəri Ramzan Kadırov oğlu Adam Kadırovun yol-nəqliyyat hadisəsinə düşməsi ilə bağlı yayılan xəbərlər fonunda onun iştirakı ilə olan köhnə videonu yeni kimi təqdim etməyə cəhd göstərib.

Globalinfo.az xəbər verir ki, Kadırov Teleqram kanalında Adam Kadırovun təhlükəsizlik qurumlarının nümayəndələri ilə müşavirədə iştirakını əks etdirən video paylaşıb.

O bildirib ki, müşavirədə Çeçenistanda qarşıdan gələn seçkilərə hazırlıq, seçkilər zamanı ictimai təhlükəsizliyin təmin edilməsi və ekstremizmlə mübarizə məsələləri müzakirə olunub.

Кадыров пытался выдать старое видео с сыном за новое на фоне новостей о ДТП

Lakin videodakı məlumatlar göstərir ki, görüntülər ehtimal olunan qəza ilə bağlı xəbərlər yayılmazdanbir gün əvvəl, yəni yanvarın 15-də montaj edilib. Videonun dəqiq nə vaxt çəkildiyi isə açıqlanmayıb.

Qeyd edək ki, mediada yayılan məlumatlara görə, Adam Kadırov yol qəzası keçirib və Moskvaya aparılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: